"Qazlar Romanı xilas etdi", amma KİVDF-ni yox... — YAZI

09/01/2020 - 18:44 6 897 0   0  

Azərbaycan yeni islahatlar dövrünə qədəm qoyub. Artıq hər bir məmurun "əməl dəftəri"i qarşısına qoyulub. İndi artıq haqq-hesab, belə desək, məmurların məhşər günüdür...

Məhz bu səbəbdəndir ki, son vaxtlar ölkədə ən çox müzakirə olunan məsələlərdən biri də mətbuat sahəsində islahatların vacibliyidir. Əli Həsənovun vəzifədən azad edilməsi artıq mediaya yeni bir nəfəs verib. Artıq gözlənilməz telefon zəngləri, mətbuatın fəaliyyətinə müdaxilələr, "link savaşı" dövrü arxada qalır. Gebbelsin dediyi kimi, min dəfə təkrarlanan yalanı həqiqətə çevirənlərin dövrü bitir. Mətbuat üçün yeni dönəm başlayır.  

 

Картинки по запросу Əli Həsənov Vüqar Səfərli

Çökən "media xanədanlıqları"

Ölkə başçısının apardığı islahatların davamlı və ardıcıl olması heç kəsdə şübhə yaratmır. Hətta, köhnə komandanın qalıqları da müvəqqəti lövbər saldıqları "media adası"ndan uzaqlaşmaq və ya uzaqlaşdırılmaq məcburiyyətini hiss edirlər. Onlar bu təbii axının gətirdiyi dalğaların qarşısında kompası yararsız hala gəlmiş köhnə, el dili ilə desək, sınıq-salxaq gəmini xatırladırlar. İslahat dalğası hər dəfə onları atıb-tutanda parça-parça olaraq yoxa çıxırlar. Çünki bu köhnə gəmini ilk tərk edən uğursuz kapitanın yalnız varlanmaq, özünə sərvət toplamaq məqsədlərindən başqa bir istəyi və məramı olmayıb. 

 

Bax indi sökülüb dağılan o "media xanədanlığı"dır: Zərdabi ənənəsindən, milli məfkurə və düşüncədən uzaq salınmış, dəyərli isimləri pərən-pərən düşmüş media... 

 

Похожее изображение

Qamışlarla döyüşənlər...

Onlar indi Roma imperatoru Kaliqula kimi qamışlarla döyüşmək məcburiyyətində və öz əməlləri ilə üz-üzə qalıblar. Halbuki, ölkənin iqtisadi inkişafı medianın durumunun yaxşılaşdırılması üçün bütün imkanları tanıyırdı. Amma nə baş verdi? Sadəcə, bir dəstə "taxtaqurdu" medianın içindən dağıtmağa başladı. Onların yaratdıqları və sahib olduqları media qurumları isə nə xarici qüvvələrin anti-Azərbaycan təbliğatına qarşı effektiv bir iş görə bildi, nə də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında gedən böyük quruculuq və inkişafı xalqa doğru çatdıra bildi, nə də milli düşüncənin formalaşması yönündə iş görə bildi... 

Hamı yaxşı bilir ki, son 15 ildə ölkədə media yalnız Prezidentin diqqət və qayğısı nəticəsində ayaqda dura, oliqarxiya və məmur özbaşınalığına qarşı dirəniş göstərə bilib. Ölkə başçısının "jurnalistlər mənim dostumdur" fikirləri də məhz medianı bəzi azğınlaşmış məmurlardan qorumağa hesablanmışdı... 

 

Картинки по запросу KİVDF Vüqar Səfərli

İslahatlar necə davam etməlidir?

İndi cəmiyyəti maraqlandıran, media nümayəndələrini də qayğılandıran əsas suallardan biri də budur. Amma KİV-ə ayrılmış milyonların hesab-kitab günü də yaxınlaşır. Əksər media ekspertləri və mənsubları hesab edirlər ki, mətbuatın inkişafı yolunda ən böyük maneələrdən biri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur. Bu fondun media üçün "alınmaz qala" missiyası məqsədli şəkildə məhv edilib, fırıldaqçı və fürsətcillər kəmənd ataraq bu qalanın bürcünü uçurublar, lağım ataraq təməlini dağıdıblar. Ölkə başçısının ayırdığı milyonlar isə bu özündənrazıların şəxsi əyləncə və maraqlarına sərf edilib. Bir sözlə, KİVDF mətbuatı öz maraqlarına satıb, qapısını medianın inkişafı və milli məfkurənin təmərküzləşməsi üçün deyil, şəxsi istəklərin arxasınca qaçanların üzünə açıb... 

Muzdlu döyüşçülər meydanı bir-bir tərk edir...

Dövlətin ayırdığı vəsaitlərlə özlərinə "muzdlu döyüşçü"lər tutan KİVDF və Mətbuat Şurası kimi qurumlar deyəsən son baharını yaşayırlar. Ağalarını itirən zavallı qulların aqibəti kimi əlacsız qalanlar indi də yeni "ağa" axtarışındadırlar. Amma fərqində deyillər ki, indi "ağa-bəy" dövrü bitib, qanunların aliliyi, hüququn üst çağıdır... Ona görə də "köhnə gəmi"lər batdıqca, onu göyərtəsindəki muzdlu döyüşçülər də tərk edirlər, medianın "dəniz quldurluğu" epoxası bitir. Artıq KİVDF kimi qurumların qalması da əhəmiyyətsizdir. Qalsa belə, onun tərkibinin bütünlüklə dəyişməsi zərurəti yaranıb. Amma köhnələrin hesab-kitabı sorğulamaq şərtilə... 

 

Картинки по запросу Əli Həsənov Vüqar Səfərli

Təsadüfi deyil ki, media və sosial şəbəkədə adda-buda "atəş səsləri" eşidilir, muzdlu döyüşçülərdən hələ azca azuqəsi qalanlar köhnə sahiblərinə "sadiqliyi"ni nümayiş etdirmək üçün onları qorumaq istəyirlər, onların timsalında özlərinin mənfur və dağıdıcı, talançılığa ortaqlıqlarını pərdə arxasında saxlamağa cəhd edirlər. Amma karvanın getdiyinin də fərqindədirlər. Yaxşı bilirlər ki, çətindir... 

Tarixdə məşhur "Qazlar Romanı xilas etdi" fikri çoxlarına tanışdır. Amma deyərdim ki, bu dəfə "qazlar" KİVDF və onun kimi qurumları xilas etmək qədər səs çıxarmaq gücündə deyillər. Çünki yeni dalğa bütün çör-çöpləri dənizin kənarına atır...

Vasif Həsənli