Qazaxlar azərbaycanlıların səhvini təkrar etməməlidir - TƏHLİL

09/01/2019 - 09:27 2 296 0   0  

Qazaxıstanın Karaqanda şəhərində kütləvi davada ermənilərin 23 yaşlı qazax gənci öldürməsinə qazaxların kütləvi etirazları davamlı olmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Qazaxıstandakı erməni lobbisi bir neçə gün keçdikdən sonra üzr istəyib:
“Ermənilər postsovet məkanında özlərini atalarının evindəki kimi aparırlar. Bu məxluqların qudurğanlığı artıq sərhəd tanımır. Rus telekanallarında ermənilər yumor adı altında tacikləri təhqir edir, Soçidə bir azdan erməni rusdan çox yaşayacaq. Bu “"məzlum” obrazlı xalq yaşadığı yerdə bərkiyən kimi maskasını atır”.
Politoloq vurğulayıb ki, qazaxlar millətçidilər:
“Amma təəssüf ki, bu millətçilik türk milli kimliyinə söykənmir. Abstrakt qazax millətçiliyi ilə isə çox uzağa getmək olmaz. Vətənlərində qazaxların əvvəllərdə çeçenlər, türkiyəlilərlə milli zəmində münaqişələri olub. Ermənilərlə də məhz bu cür münaqişədədirlər. Qazaxlar qazax olmaqları ilə fəxr edirlər, lakin qazax deyil, türk olmaqları ilə fəxr etməlidirlər. Qazaxlar özlərinin türk olduğunu hiss etdikdən sonra o torpaqlarda bir nəfər də erməni qalmayacaq. Qazax türkləri unutmamalı və bunu bilməlidirlər ki, Mərkəzi Asiyada məşhur “basmaçi” hərəkatına qarşı vuruşan erməni-daşnak quldur dəstələri çox qazax, özbək, türkmən türklərinin qanını töküb. Qoca, qadın, uşaq demədən Orta Asiyada erməni quldur dəstələri çoxsaylı qətliamlar törədib. Ermənilər bunu o torpaqlarda yaşayanların türk-müsəlman olduqlarına görə edib və edir”.
Politoloq qeyd edib ki, məsələ ilə bağlı Paşinyanın da açıqlama verməsi bu hadisələrin ciddiyyətindən irəli gəlir:
“Paşinyana indi bu cür problemlər lazım deyil. Azərbaycan-erməni münaqişəsi də belə başlamışdı. Təəssüf ki, biz o vaxt bu məsələni yerindəcə həll etmədik. Ermənilər də vaxt udub istəklərinə artıqlamasıyla nail oldu. Qazax türkləri azərbaycanlı qardaşlarının səhvlərini təkrarlamamalıdır və erməni problemini kökündən həll etməlidir. Əks halda hələ ermənilər orada çox qələtlər edəcək”.
Politoloq bildirib ki, bu hadisə ermənilərin qudurğanlığı, vəhşiliyi nəticəsində baş verib:
“Ermənilərin mahiyyəti budur - çörək verən əli kəsib atacaqlar”.
Qeyd edək ki, Yeni il gecəsi Qazaxıstan Respublikasının (QR) Karaqanda şəhərindəki ermənilərə məxsus olan “Qədim Roma” (“Drevniy Rim”) restoranında ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra mübahisə restoranın həyətində davaya çevrilib və nəticədə 1 qazax gənc, 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Hamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib.