Qazaxın icra başçısı özünə iş axtarır... - Gedəcəyi qətiləşib

20/12/2018 - 10:59 775 0   0  

Keçmiş Vergilər Naziri Fazil Məmmədovun yaxın adamı kimi VN-dəki işindən ayrılaraq Qazax rayonuna icra başçısı göndərilən Rəcəb Babaşovun həm də uğurlu bir biznesmen olduğu faktdır. Onun Bakıda və eləcə də bir neçə rayonda obyektlərinin, evlərinin olduğu da bu vaxta qədər yerli KİV-də yayılan məlumatlar arasındadır. Son günlər isə vəzifəsindən atılacağı ilə bağlı xəbərləri yayılan Rəcəb Babaşovun bundan sonra biznesinin başına qayıdacağı gözlənilmir. Bu barədə DİA.AZ-a başçıya yaxın şəxslər məlumat verib.

Mənbənin dia.az-a söylədikləri: "Rəcəb Babaşov hazırda yeni vəzifəyə getməsi üçün çalışır. Bu, hansısa rayona rəhbər də ola bilər, hansısa iqtisadi qurumların birində vəzifə də. Hər iki yöndə çalışır. İmkanları yaxşı olduğundan istəyinə çata biləcəyinə ümid edir".
Xatırladaq ki, Fazil Məmmədovun görəv başında qalan tək-tük kadrlarından biri olan Rəcəb Babaşovun adı bu vaxta qədər bir çox qalmaqallarda da hallanıb. Eyni zamanda barəsində artan şikayətlər də onun gedişini an məsələsinə çevirib.
Deyilənlər bağlı, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.