Qayıdış əməliyyatı: su kanalından top mərmiləri çıxdı – FOTO

27/10/2018 - 00:21 1 735 0   0  

Füzuli rayonunun 9 saylı Qayıdış qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Suveren.az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri və DİN-in Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalına baxış keçirilib, kanalda suyun səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 2018-ci il 26 oktyabr tarixində davam etdirilib.

Agentliyin mütəxəssisləri tərəfindən 6 ədəd 122 mm-lik top mərmisi (2 ədəd OF-56 və 4 ədəd Ş-1) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin tapıldığı yerin ətrafında 5 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.