Qaxda motosiklet divara çırpıldı, sürücü yaralandı

16/11/2018 - 23:03 730 0   0  

Axşam saatlarında Qax rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Qaratala kəndi ərazisində qoşqulu motosikletlə hərəkətdə olan 1995-ci il təvəllüdlü yerli sakin Abdullazadə Elnur Qürbət oğlu idarəetməni itirərək nəqliyyat vasitəsini hasara çırpıb.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Abdullazadə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən “Report”a bildirilib ki, E.Abdullazadənin müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. (Report)