Qaşıqçı cinayətindəki 18 şübhəli Türkiyəyə ekstradisiya olunur

26/10/2018 - 21:53 5 656 0   0  

İstanbul Prokurorluğu müxalif ərəb jurnalist Camal Qaşıqçının qətli ilə bağlı aparılan istintaq çərçivəsində Səudiyyə Ərəbistanından 18 şübhəli şəxsin ölkəyə ekstradisiya edilməsi barədə tələbnamə hazırlayıb.

Suveren.az xəbər verir ki, Türkiyə Ədliyyə Nazirliyi tələbnaməni Səudiyyə Ərəbistanına göndərilməsi üçün Xarici İşlər Nazirliyinə təqdim edib.