Qardaşının arvadını öldürən şəxs hakim qarşısına çıxarılıb

27/12/2018 - 17:29 2 275 0   0  

Qısqanclıq zəminində qardaşının arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Əliəkbər Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Rahib Salmanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti məhkəmə iclası yanvarın 10-na təyin edilib.

Qətl hadisəsi bu il avqustun 8-də Bakının Xəzər rayonunda baş verib. 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.