"Qarabağda 2016-cı il aprel mənzərəsi yenidən yarana bilər" - Rus politoloq

26/01/2019 - 00:00 5 008 0   0  

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşü sülhün əldə olunmasına nikbinlik yaradır”.

Bu fikirləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında Parisdə baş tutan görüşü şərh edən Rusiyalı politoloq Oleq Kuznetsov deyib.

Kuznetsovun sözlərinə görə, Ermənistanın yeni hökuməti öz sələfindən fərqli olaraq, sülhün əldə edilməsinə daha çox maraq göstərməlidir:
“Mən belə düşünürəm ki, əgər sülh danışıqlarında bütün imkanlar tükənməyibsə, proses davam etdirilməlidir. Əvvəllər danışıqların bir neçə dəfə dayandırıldığını nəzərə alsaq, bu məsələyə ehtiyatlı nikbinliklə yanaşıram.

Əvvəlki iqtidarla müqayisədə Ermənistanın yeni hakimiyyətinin sülh istəməmək üçün daha az əsası var. Hələlik Ermənistan hökumətinin Azərbaycan tərəfindən “etimad krediti” var.

Amma bu limit tükənə bilər və o zaman situasiya 2016-cı ilin aprelinə qayıdar. Lakin mən sülhün əldə olunacağına hələ ki ümidliyəm”.  //yenicag.az