“Qarabağ” və “Qəbələ”dən QƏLƏBƏ

09/02/2019 - 23:20 17 377 0   0  

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Suveren.az bildirir ki, günün ilk qarşılaşmasında “Qəbələ” səfərdə “Sabah” klubunu minimal hesabla məğlub edib.

Matçda yeganə qolu 31-ci dəqiqədə Rauf Əliyev vurub.

Meydan sahibləri oyunun yarısını azlıqda keçiriblər. Belə ki, ilk hissənin sonlarında Marko Deviç ikinci sarı vərəqə alaraq qırmızı vərəqə ilə cəzalandırılıb.

Günün ikinci qarşılaşmasında isə son çempion “Qarabağ” səfərdə “Sumqayıt”a qalib gəlib – 2:0.

“Qarabağ”ın heyətində hesabı 20-ci dəqiqədə Filip Ozobiç açıb. Matçın 81-ci dəqiqəsində isə Bədavi Hüseynov ağdamlıların ikinci qoluna imza atıb. Ağdam komandası bu qələbə sayəsində xallarının sayını 34-ə çatdırıb və birinci yerdə gedən "Neftçi" ilə xallarını bərabərləşdirib.

Sabah, fevralın 10-da XVI turun daha iki qarşılaşması keçiriləcək.

Lider “Neftçi” doğma meydanda “Keşlə”ni, “Səbail” isə “Zirə” komandasını qəbul edəcək.