Qarabağ separatçılarının lideri Moskvaya getdi

24/11/2018 - 19:50 1 234 0   0  

Qarabağ separatçılarının lideri Bako Saakyan Moskvaya səfərə gedib.

Suveren.az virtualaz.org-a istinadən xəbər verir ki, səfərin məqsədi barədə məlumat yoxdur.

Maraqlıdır ki, Saakyanın Moskva səfəri onun yaxın zamanlarda istefaya gedəcəyi ilə bağlı şayiələrin yayılması ilə eyni vaxta təsadüf edib. Ermənistandakı inqilabdan sonra inqilabi əhval-ruhiyyə Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilərə də sirayət edib.

Elə bu gün Ermənistan KİV-lərində xəbər yayılmışdı ki, öz müsahibəsində “Sasna Tsrer” silahlı terror qruplaşmasının lideri Jirayr Səfilyan Qarabağdakı vəziyyəti “partlayış təhlükəsi olan vəziyyət” adlandırıb.

Səfilyan açıq bəyan edib ki, onlar Yerevandakı hakimiyyətlə Dağlıq Qarabağda hakimiyyətin dəyişdirilməsini müzakirə etmək ntyyətindədirlər. Görünür, Qarabağ separatçılarının lideri Bako Saakyan təhlükə hiss edərək, Moskvadakı kuratorlarının yanına məsləhətləşməyə yollanıb.