Qarabağ əlili və bacısı aclıqdan ölür: Saatlıdan nazirə dəhşətli video..

15/04/2019 - 23:26 5 656 0   0  

Saatlının Minbaşı kəndində Kərimovlar ailəsinin güzəranını görəndə adamın tükləri biz-biz olur. 

Suveren.az  Cahan.info-ya istinadla  xəbər verir ki, ailənin bir üzvü Qarabağ döyüşlərində əlil olmuş Zakir Kərimovdur. Ona nə əlillik pensiyası verilir, nə yerli icra hakimiyyəti tərəfindən yaşayışına köməklik olunur. 

Qarabağ əlili ilə birlikdə əsəb-ruhi xəstəsi olan iki bacısı da yaşayır. Onlardan biri bu günlərdə səfalət, aclıq içində yaşamaqdan canını tapşırıb. 

Sağ qalan Nuriyə Kərimova isə günlərini sayır. Çünki bu aclıq, səfillik vəziyyətində çox yaşamaq mümkün deyil.