“Qarabağ”-“Arsenal” oyunu ilə bağlı iş açıldı - Erməni təxribatı cəzasız qalmayacaq

15/12/2018 - 10:04 484 0   0  

İngiltərədə "Arsenal" və "Qarabağ" komandaları arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin VI tur matçında baş verənlərlə bağlı iş açılıb.

BakuPost xəbər verir ki, UEFA Nəzarət, Etika və İntizam Komitəsi hadisə ilə bağlı tədbirlər görəcək. Belə ki, bunlardan biri erməni azarkeşin meydana qondarma DQR bayrağı ilə girməsi, digəri isə görüşün nəzərdə tutulandan gec başlamasıdır. Məsələyə 2019-cu il fevralın 21-də baxılacaq.
Qeyd edək ki, görüş "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.