"Qara siyahı"ya salmaqdansa qara tabuta qoyulsaydılar... - İLHAM İSMAYIL

02/11/2018 - 23:16 1 924 0   0  

İranla separatçı Dağlıq Qarabağ arasında hərtərəfli əlaqələrin olduğu məlumdur. Bu əlaqələr işğal olunmuş Cəbrayıl, Zəngilan, Füzuli rayonlarının İranla olan sərhədi vasitəsilə həyata keçirilir. İran qeyd olunan sərhəd vasitəsilə yalnız separatçılarla deyil, Ermənistanın özü ilə də ciddi iqtisadi-siyasi əməkdaşlıq əlaqələri yaradıb. Faktiki olaraq İran Ermənistanın nəfəsliyi rolunu oynayır, Dağlıq Qarabağı isə hər cür mallarla təchiz edir. Bunu hər iki tərəf də heç vaxt danmır və etiraf edirlər ki, “..son illər Ermənistan-İran əlaqələri yalnız iqtisadi əməkdaşlıq əsasında deyil, daha çox hərbi-siyasi müstəvidə qurulub”. Bu sözlər qondarma respublikanın xarici işlər naziri Masis Mailyana məxsusdur və İran mətbuatı da bunu geniş yayıb. Əlavə olaraq İran KİV-lərində “ İran-Artsax sərhəddinin perspektivlərinin fundamental əhəmiyyət” daşıdığı qeyd edilir.

ABŞ –ın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Cənubi Qafqaz səfərindən sonra ermənilər müəyyən narahatlıq keçirir. Boltonun İranla bağlı ABŞ-ın regionda apardığı siyasətinin bəzi məqamlarını açıqlaması Ermənistan rəsmiləri arasında həyəcanla qarşılanıb və nəzərə alsaq ki, noyabrın 5-dən etibarən İrana qarşı sanksiyalar qüvvəyə minir, bu narahatlığı başqa düşmək çətin deyil.

İran ətrafında Qafqaz halqasının nə qədər möhkəm olması ABŞ-ın nəzarətində olacaq. Bu ilk növbədə Gürcüstan və İrandan başqa çıxış yolları olmayan Ermənistanı narahat edir.

İşğal olmuş ərazilərimizin İranla sərhəd hissəsi fars-erməni maraqlarının üst-üstə düşdüyü bir nöqtədir. Sabah tərəflərin Ermənistan İran sərhədindən deyil, Azərbaycan – İran sərhəddinin işğal olunmuş ərazisindən bütün açıq və gizli əlaqələrini davam etdirəcəklərinə şübhə yoxdur. ABŞ-a bu yolla kələk gəlib, guya amerikalıların dostu olduqlarını erməni xisləti ilə nümayiş etdirəcəklərinə şübhə olmasın. 

İran bu sərhəddi bağlaya bilərdimi? BMT bizi bu sərhədlərlə qəbul edib, İran da müstəqil dövlət olaraq Azərbaycanı bu sərhədlər içərisində tanıyıb. Beynəlxalq təcrübədə belə hallar olub və işğal olunmuş sərhəd zolağı azad olunanadək o yerlər işğalçı üçün tamam bağlanıb. Adətən hüquqa söykənən bu addımı dost olan ölkələr atır. İransa atmadı. Azərbaycan tərəfi də heç vaxt bu məsələni nəinki tələb etməyib, heç gündəmə gətirməyib.

İran tərəfdən Azərbaycanın işğal olunmuş ərazilərinə keçənlərin məşhur ”qara siyahı” ya salınmasına da rast gəlinməyib. Qara siyahıya açıq şəkildə düşənlərdən, hətta ABŞ-n ayrı-ayrı ştatlarının Dağlıq Qarabağı tanıması, Fransa şəhərlərinin bir-birinin ardınca tanımasından Ermənistana da, Dağlıq Qarabağa da İranın açıq sərhəddi daha önəmlidir. 

Yeri gəlmişkən, “qara siyahı”nın səmərəsizliyi o həddə çatııb ki, sentyabr-oktyabr aylarında ABŞ, Kanada, Fransa, Rusiya, Polşa, Belçika, Kipr, Çexiya, Livan və başqa ölkələrdən gələn rəsmi statuslu şəxslərin, tanınmış insanların gəlişi indiyədək bu həddə olmayıb.

İrandan, dünyadan işğal olunmuş Azərbaycan torpaqlarına gələnlərin sayının artmasının bir səbəbi və bir qarantiyası var: Biz! Biz onların təhlükəsizliyinin qarantı olmuşuq. Biz “qara siyahı” əvəzinə bəyan etməliydik ki, gələnlərin təhlükəsizliyinə cavabdeh deyilik və bircə dəfə də bunu həyata keçirə bilsəydik, ora gələnlər qara siyahıda yox, qara tabutda yola salınsaydı, bir də nə İrandan, nə Fransadan, nə də Kaliforniyadan rəsmi-qeyri-rəsmi adamlar işğal altındakı torpaqlara ayaq basmağa cəsarət etməzdi....

Bu qədər də acizlik, bu qədər də bacarıqsızlıq qarşısında qəhr olduq getdik...

Moderator.az