Qadın kişinin maşınından pul oğurladı

26/11/2018 - 19:42 1 381 0   0  

Bərdədə oğurluq etmiş qadın tutulub.

Daxili İşlər Nazirliyindən  Suveren.az-a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 24-də şəhər ərazisində “NAZ Lifan” markalı avtomobildən 188 manat oğurlamaqda şübhəli bilinən Güloğullar kənd sakini S.Aslanova saxlanılıb.