Putinlə Paşinyan telefonda danışdı

16/11/2018 - 19:28 2 710 0   0  

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanda baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan arasında telefon danışığı olub.

Suveren.az “news.am”-a istinadən xəbər verir ki, telefon söhbətində tərəflər Avrasiyaya inteqrasiya çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Telefon danışığının kimin təşəbbüsü ilə baş tutduğu açıqlanmır.