Putinlə boks matçına çıxsaydım... - Tramp

29/10/2018 - 00:39 8 020 0   0  

Rusiya lideri Vladimir Putinə hörmətlə davrandığım üçün bəzi şəxslər tərəfindən tənqidə məruz qalmışdım.

Suveren.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İllinoyis ştatında çıxışı zamanı deyib.

“Putinlə möhtəşəm görüşümüz olmuşdu. Hər şey haqqında danışdıq. Putinlə boks matçına çıxsaydım, yenə də haqqımda “O, çox sərt idi, bu, qorxunc olaydır” deyib tənqid edərdilər. Başqa sözlə, arada heç bir fərq yoxdur”, - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, Trampla Putinin növbəti görüşü 11 noyabrda Parisdə baş tutacaq.