​Putin və Tramp G20 sammitində ayaqüstü görüşəcək

30/11/2018 - 18:12 574 0   0  

Rusiya Federasiyası prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Argentinada keçirilən G20 sammitində ayaqüstü görüşü olacaq.
Suveren.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 
"Əlbəttə ki, sammitin bütün iştirakçıları ayaqüstü görüşəcəklər", — deyə Peskov Putinin Trampla görüş imkanı haqqında suala cavab verib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında baş verən gərginliyə görə prezident Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini söyləyib.