Putin Trampa sərt üzünü göstərəcək

30/11/2018 - 17:41 2 398 0   0  

ABŞ prezidenti Donald Trampın Argentinada keçiriləcək G20 sammiti çərçivəsində ikitərəfli görüşdən imtina etməsinə Rusiya prezidenti Vladimir Putin cavab zərbəsi endirəcək.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Eqzaminer” nəşri yazıb.

Nəşrin məlumatına görə, Trampın bu cür davranması Rusiyanın uzaqlaşmasına və Putinin ABŞ əleyhinə fəaliyyətlərinə gətirib çıxara bilər.

“Putin daha sərt olduğunu göstərəcək”, - ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbou bildirib.

Beynəlxalq münasibətlər üzrə ekspert Nina Xruşova isə bildirib ki, Trampın Camal Qaşıqçının ölümündən sonra Səudiyyə vəliəhdi Məhəmməd bin Salmana qarşı heç də birmənalı qarşılanmayan mövqeyindən sonra Putini “cəzalandırmaq” qərarı diqqətə layiqdir. Trampın bu cür yanaşması onu göstərir ki, o, Rusiyanın ikinci supergüc olmasına dair “Vaşinqton konsensus”unu qəbul edib və liderin öz istəklərinə uyğun şəkildə davranmamalı olduğunu dərk edir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Argentinada keçirilən G20 sammitində razılaşdırılmış görüşdən imtina edib.