Putin telefonda Paşinyana nə deyib? - ERMƏNİ TƏRƏFİ DETALLARI AÇIQLADI

03/12/2018 - 10:46 1 747 0   0  

Rusiya prezidenti Vladimir Putin Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefon söhbəti zamanı dekabrın 6-da Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitini təxirə salmağı təklif edib. 

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə N. Paşinyan deyib.
Onun sözlərinə görə, Putin dekabrın 6-da müvafiq qərarları müzakirə etməyi, sonra isə hazır qərarlarla yola düşməyi təklif edib.
“Mən də razı oldum. Çünki hesab edirəm ki, məsələni işçi prosedurlarla həll etmək daha doğrudur. İndi konsensusa gəlmədiyimizdən Astananı təkrarlamağa ehtiyac yoxdur, bu, qeyri-konstruktivdir. Anlaşma belə olub ki, konsensus əldə olunanadək işçi müzakirələri davam etdirək”, - deyə o vurğulayıb.