Putin sovet konstitusiyasında "saatlı bomba" haqqında danışıb

05/07/2020 - 22:57 6 520 0   0  

Prezident Putin "Respublikaların Sovet İttifaqından ayrılma hüququnun olması “saatlı bomba” effekti verən səhv idi, Rusiya eyni səhvə yol verməməlidir", deyə bəyanat verdi.

Suveren.az TASS agentliyinə istinadla bildirir ki, Putin bu barədə "Rossiya-1" telekanalında “Moskva. Kreml. Putin” proqramında bildirib. "Respublikaların SSRİ-nin tərkibindən çıxmaq hüququnun olması haqda maddənin 1924, 1936, 1977 -ci il sovet konstituasiyalarında olması elə 1922-ci ildə əsası qoyulmuş saatlı bombadır. Biz bu kimi haldan qaçmalıyıq”, deyə Putin bəyan edib.

“Mən tam əminəm ki, biz haqlı olaraq konstitusiya düzəlişlərini qəbul etdik. Onlar bizim dövlətçiliyimizi möhkəmləndirəcək, ölkənin on illik inkişafı üçün şərait yaradacaq”, deyə fikrini tamamlayıb.