PUTİN NATO BAZASININ VURULMASI HAQDA GÖSTƏRİŞ VERƏRSƏ… – Aretoviç: “O zaman müharibə üç gün davam edəcək"

19/04/2022 - 15:59 2 965 0   0  

Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiyanın NATO bazasına zərbə endirmə ehtimalını şərh edib. Onun sözlərinə görə, bundan sonra müharibə bir neçə gün davam edəcək.

Suveren.az xəbər verir ki, o, bu barədə milli telemarafonun efirində bildirib.

Rusiya prezidenti Vladimir Putinin Ukrayna ordusu üçün silah axınını kəsmək üçün NATO bazasına zərbə "Yaxşı, qoy vursun. Düşünürəm ki, o zaman müharibə üç gün davam edəcək".

Xatırladaq ki, bir müddət əvvəl Britaniya hökumətinin milli təhlükəsizlik üzrə birinci müşaviri Peter Ricketts demişdi ki, Putin Ukraynaya silah tədarükünü dayandırmaq üçün NATO bazasına zərbələr endirməyi düşünə bilər.

Eyni zamanda, “Defence Express”in analitiki Serhiy Zqurets bildirib ki, Ukrayna Rusiyanın NATO dövlətlərindən silah tədarükü marşrutlarına zərbə endirməsini istisna edə bilməz, lakin Moskva həm də başa düşməlidir ki, bu, alyansın birbaşa müharibəyə cəlb olunması demək olacaq.