Putin İtaliyaya səfər edəcək

09/02/2019 - 20:09 1 783 0   0  

Rusiya prezidenti Vladimir Putin İtaliyaya səfər dəvətini qəbul edib.

"Report"un verdiyi məlumata görə, bunu Rusiyanın İtaliyadakı səfiri Sergey Razov deyib.

"İtaliya rəhbərliyinin müvafiq dəvəti məmnunluqla qəbul olunub. Konkret tarixlər diplomatik kanallarla razılaşdırılacaq və onlar barədə müəyyən edilmiş qaydada elan olunacaq", - diplomat deyib.

Onun fikrincə, bu səfər ikitərəfli münasibətlərdə mühüm hadisə olacaq.

Xatırladaq ki, İtaliyanın baş naziri Cuzeppe Konte bir müddət V.Putini rəsmi səfərə dəvət edib.

Sonra İtaliyanın Moskvadakı səfiri Paskuale Terraçano bildirib ki, səfər 2019-ci ilin birinci yarısında gözlənilir.