Professor İlham Rəhimov Moskvada baş verən – çeçen-azərbaycanlı insidenti barədə açıqlama verdi: “Hadisə barədə xəbər tutan kimi dərhal...”

20/02/2019 - 17:22 8 698 0   0  

Hüquq elmləri doktoru, professor İlham Rəhimov fevralın 14-də Moskvanın Peçatniki rayonun Kuryanova küçəsi, ev 28 ünvanında azərbaycanlılara məxsus "Neolit" kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş silahlı insidentlə bağlı musavat.com-a açıqlama verib.
İ.Rəhimov bildirib ki, hadisədən xəbər tutan kimi çox narahat olub və təcili Moskvanın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə əlaqə saxlayıb: “Təbii ki, mən bir azərbaycanlı olaraq baş verənlərə biganə qala bilməzdim. Digər tərəfdən Azərbaycan və çeçen xalqları tarixən bir-birinə bağlı, dost xalqlardır. Bu iki xalq arasında daim qardaşlıq münasibətləri mövcud olub. Ona görə də hadisə barədə xəbər tutan kimi dərhal Moskvanın polis və istintaq orqanlarının rəhbərlərinə zəng etdim. Onlardan xahiş etdim ki, münaqişənin qarşısının alınması və gələcəkdə təkrarlanmaması istiqamətində bütün zəruri tədbirləri görsünlər və iki xalqın barışığını nəzərə alaraq qaldırılmış cinayət işinin istintaqı obyektiv və ədalətli aparılsın”.
Hüquq professoru qeyd edib ki, hüquq-mühafizə orqanlarının rəhbərləri bu məsələnin nəzarətdə olduğunu və istintaqın obyektiv aparılacağını bildiriblər.