Prezidentin jest etdiyi gənc: "Bilmədim nəyi necə edim" - VİDEO

04/02/2019 - 11:51 1 708 0   0  

''Prezidentdən şəxsən aldığım mükafat bütün mükafatların tacıdır" prezident mükafatına layiq görülənfiziki məhdudiyyətli Masər Həsənov öz təəssüratlarını "Xəzər Xəbər"lə bölüşüb. O, mükafat almaq üçün zalda adı çəkiləndə böyük birtərəddüdkeçirib. Pilləkənləri necə qalxacağını düşündüyü birvaxtda prezident İlham Əliyev özü Masərin yanına gəlib və mükafatını təqdim edib.

''Dövlət başçısından aldığım mükafat indiyə qədər qazandığımbütün mükafatların tacıdır".

Unikal.org xəbər verir ki, mədəniyyət sahəsində xüsusifərqləndiyinə görə prezident mükafatına layiq görülənfiziki məhdudiyyətliMasər Həsənov öz təəssuratlarını "Xəzər xəbər"lə bölüşüb.Masərhələ də həmin qürurverici anların təsirindən çıxa bilmədiyini deyir.

Aktiv yaradıcı fəaliyyəti ilə seçilən, bir çox sənədli və bədii filmlərin, sosial çarxların müəllifi olan Masər Həsənov "Bakı Oskar Festivalı-1"də "ən yaxşı ssenari", "Bakı Oskar Festivalı-2" də isə "ən yaxşı sənədli film" nominasiyaları üzrə qalib gəlib. Onun "Deja vu" filmi Türkiyə, Rusiya və Rumıniyada keçirilən beynəlxalq festivallarda nümayiş olunub

Masər Həsənovun sözlərinə görə bu addım prezidentin fiziki məhdudiyyətli insanlara olan diqqətinin əyani sübutu idi.

Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya fakültəsinin magistr tələbəsi olan Masər Həsənov deyir ki, dövlət başçısından mükafat almasıonun məsuliyyətini ikiqat artırır.

28 yaşlı Masər Həsənov deyir ki, mükafat almaqla digər fiziki məhdudiyyətli insanlara stimul vermiş oldu.