PREZİDENT “PULYUYAN” MƏRKƏZİ DƏ LƏĞV ETDİ! – Fərhad Məmmədov bu dəfə də sərt etiraz edə biləcəkmi?

15/01/2019 - 09:59 3 280 0   0  

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanın imzalanmasında məqsədin Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi olduğu qeyd edilib. Fərmanla ləğv olunan dövlət orqanlarından biri də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzidir (SAM).

Qeyd edək ki, SAM-ın fəaliyyətilə bağlı ictimaiyyət arasında birmənalı fikir yox idi. Mərkəzin rəhbəri Fərhad Məmmədovun adı zaman-zaman “Gülən şəbəkəsi”nə bağlılıqda hallanıb. Bu da onun “Gülən şəbəkəsi”nin Azərbaycandakı bir nömrəli adamı hesab olunan Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovla yaxınlığı, daha dəqiqi onun kadrı olması ilə bağlı idi.

Fərhad Məmmədovun özü bu ittihamları belə təkzib etmişdi: “Bunu çirkin böhtan və ləkələmə kampaniyasının tərkib hissəsi hesab edirəm”.

Ancaq Elnur Aslanov 2014-cü ildə Prezident Administrasiyasındakı vəzifəsindən çıxarılıb Rabitə Nazirliyinə göndəriləndə ən sərt təpkini də Fərhad Məmmədov vermişdi. SAM rəhbəri mətbuata açıqlamasında Prezident Administrasiyasının sabiq şöbə müdirinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına etiraz etmişdi. “Nazirlikdə aldığı yeni vəzifə Elnur Aslanovun miqyasına uyğun deyil, çox balacadır. Özü də bu vəzifə təqaüd yaşlı adamlara uyğun postdur”, – deyə F.Məmmədov qərara etiraz etmək cəsarəti göstərmişdi. Siyasi ekspertlər bunu “Gülən şəbəkəsi”nin (FETÖ-nün) arxasında böyük güclərin dayanması və onların yerli hakimiyyətlərlə hesablaşmaması ilə izah etmişdilər.

54598_src

Ancaq həmin burulğanda F.Məmmədov işdə saxlanılsa da, səlahiyyətləri azaldılıdı. Mərkəzin fəaliyyətinə nəzarət Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinə verildi.

2017-ci ildə Prezident Administrasiyasının strukturunda dəyişikliklərdən sonra SAM yenidən müstəqil quruma çevrilsə də, fəaliyyətində hər hansı dəyişiklik olmadı. Bu səbəbdən də bir çox siyasi ekspertlər Mərkəzin bağlanmasını təklif edirdilər. Bunu da SAM-ın dövlət aparatında siyasi rəhbərliyə kömək məqsədilə yaradılmasına bazxmayaraq, üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi ilə izah edirdilər. AMEA-da, eləcə də müvafiq qurumlarında müəyyən spesifik tədqiqatla məşğul olan qruplar olduğundan SAM-ın lüzumsuz bir qurum olduğu vurğulanırdı.

Həqiqətən də Azərbaycanda SAM-ın nə iş gördüyü, hansı fəaliyyəti göstərdiyi məlum deyildi. Nə ölkənin taleyüklü məsələləri, o cümlədən Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırması ilə bağlı ortaya ciddi tədqiqatlar qoya bilirdi, nə də strateji proqnozlaşdırma ilə məşğul olurdu. Rusiyanın müvafiq qurumu ildə 60 ciddi əsər ortaya qoyduğu halda, SAM yaradılmasından keçən 12 il ərzində əhəmiyətli bir əsər təqdim edə bilməmişdi.

SAM rəhbərliyi isə yalnız növbətçi fikirlər, sıradan münasibətlər sərgiləməklə, ildə bir neçə əhəmiyyətsiz tədbir keçirmək, bir-iki xarici səfərlə işini bitmiş hesab edirdi. Konkret faktlar və ittihamlardan isə belə görünür ki, bu tədbir və səfərlər də əsasən pul “yuyulmasına” xidmət edirdi.

Sonunci belə tədbirlərdən biri  böyük qalmaqala səbəb olmuşdu. SAM-ın Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzi (SETA) ilə birgə Ankarada “Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda beynəlxalq konfrans adı altında təşkil etdiyi tədbirin də gözdən pərdə asmağa xidmət etdiyi ortaya çıxmışdı. 

Xatırladaq ki, bunu konfransa dəvət olunan qonaqlardan biri – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ifşa etmişdi. Baş redaktorun açıqlamasından belə məlum olmuşdu ki, SAM rəhbərliyi növbəti dəfə pul “yumaq” üçün bir qrup media nümayəndəsini beynəlxalq konfrans adı ilə Ankaraya aparıb. Tədbirin keçirildiyi zalda isə Azərbaycandan aparılan 15 redaktordan əlavə çox az sayda adam olub. Yəni, bizimkilərin özləri deyib, özləri eşidiblər.

1mu

“Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM-çı Cavid Vəliyevi dinləməliyəm? O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır! SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar”, – deyə Rauf Arifoğlu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovu ittiham etmişdi.

4721793522805902586272408345033525262548992nR.Arifoğlu və F.Məmmədov (Ankara)

Fərhad Məmmədov məsələylə bağlı hər hansı açıqlama verməsə də, Strateji Araşdırmalar Mərkəzi Ankarada təşkil olunan tədbirlə bağlı özünün rəsmi internet səhifəsindən yazılı açıqlama yaymışdı. Ancaq bu açıqlamada da ittihamlara cavab verilməmiş, SAM rəhbərliyinin Ankarada beynəlxalq konfrans adı ilə keçirdiyi tədbirin əhəmiyyətsiz bir tədbir olduğunu bir növ qəbul etmişdi. 

Görünür, ölkə rəhbərliyi də SAM-ın artıq pul “yumaqdan” başqa heç bir iş görmədiyinə əmin olub. Buna görə də qurumu ləğv etmək qərarına gəlinib. Ancaq maraqlıdır, dostunun vəzifəsinin kiçildilməsinə sərt şəkildə etiraz edən Fərhad Məmmədov, özünün işsiz buraxılmasına necə reaksiya verəcək?  O vaxtkı kimi sərt etiraz etməyə cəsarəti çatacaqmı?