Prezident “Diqlas”la bağlı sərəncam imzaladı

28/03/2019 - 15:43 1 630 0   0  

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb. 

Suveren.az-ın məlumatına görə, sərəncamda qeyd edilib ki, 2019-cu ilin mart ayının 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib.
Sərəncamla Nazirlər Kabinetinə Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratmaq, görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.