“Poroşenkonun təxribatıdır” - Vladimir Putin

28/11/2018 - 20:56 1 288 0   0  

Rusiya prezidenti Vladimir Putin ilk dəfə Qara dənizdə Ukrayna gəmiləri ilə bağlı baş verən insidentə şərh verib.

Suveren.az xəbər verir ki, prezidentin sözlərinə görə, baş verənlər Ukrayna hökuməti, bəlkə də, elə dövlət başçısı Petro Poroşenko tərəfindən seçki ərəfəsində təşkil edilən təxribatdır: “Poroşenkoya aşağı reytinqi səbəbindən müxalifətdən olan rəqiblərinə qarşı maneələr yaratmaq lazımdır.

Hətta Krımın Rusiyaya birləşdirilməsindən və Donbassdakı münaqişədən sonra Ukraynada hərbi vəziyyət tətbiq edilmədi. İndi baş verənlər isə sadəcə kiçik insidentdir”.