Polşada zəlzələ baş verib

12/01/2019 - 19:34 2 164 0   0  

Polşada zəlzələ baş verib. 

RİA “Novosti” xəbər verir ki, yeraltı təkan ölkənin qərbində, Aşağı Sileziya bölgəsində qeydə alınıb.

Nəticədə Polkoviçe şəhəri yaxınlığındakı kömür mədənində uçqun baş verib, 1 nəfər ölüb, 6 nəfər də xəsarət alıb.

“Hazırda 7 zərərçəkənin olduğunu deyə bilərəm. Altı mədən işçisi xəstəxanalara çatdırılıb, daha biri də ölüb", - deyə “KGHM” şirkətinin sözçüsü dövlət telekanalına bildirib.