Polşada ticarət mərkəzinin tavanı uçdu - Yaralılar var

29/10/2018 - 00:44 15 820 0   0  

Polşada Jeşuve şəhərində ticarət mərkəzinin tavanı uçub.

Suveren.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, 7 nəfər yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər. Tavan 40-50 metr yüksəklikdən düşüb.

Hadisədən sonra ticarət mərkəzindəki insanlar təxliyə olunublar.