Polkovnikin vəkili gəlmədi, Fədayə Laçın və digərlərinin məhkəmə iclası təxirə salındı

10/12/2018 - 11:32 1 324 0   0  

Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə davam etdirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən iki nəfərin müdafiəçisi prosesə gəlməyib.
Onlardan biri həbsdə olan polkovnik-leytenant Bəhruz Abdullayevdir. Bəhruz Abdullayev vəkilinin məhkəməyə gəlməməsinin səbəbini bilmədiyini deyib. Bəhruz Abdullayev məhkəmə prosesinin davam etdirilməsinə etiraz etmədiyini deyib. Lakin hakim bildirib ki, müdafiəçi olmadığı üçün məhkəmə iclası davam etdirilə bilməz.
Proses dekabrın 17-nə təxirə salınıb.