Polis rəsinin ölümünə səbəb olan qəzadakı - 90 FP 014 ilə “avtoş”luq edilir - FOTO-VİDEO

26/10/2018 - 16:17 3 607 0   0  

Sosial şəbələrdə "90 FP 014" dövlət qeydiyyat nişanlı "Niva” markalı avtomobilin "avtoş”luq etməsi ilə bağlı paylaşımlar edilir.

Suveren.az bildirir ki, unikal.org həmin avtomobilin kimə məxsus olması ilə əlaqədar araşdırma aparıb. Məlum olub ki, 90 FP 014 dövlət qeydiyyat nişanlı maşın Rzayev Babaşirin Zöhrab oğluna məxsusdur.

Sözügedən avtomobilin sürücüsü Bakının əksər küçələrində "avtoş”luq edir. Bu azmış kimi, avtomobilin konstruksiyasında müxtəlif dəyişikliklər edilib. Avtomobildə qanunla qadağan edilən ön pərdələr, ksenon lampalardan da istifədə olunub.

Bəlkə də, məşhur insanlardan çox tanınan sözügedən "Niva” sosial şəbəkələrdə "avtoş”luğu təbliğ edir. Araşdırmamızda digər məqam isə 90 FP 014 dövlət qeydiyyat nişanın üzərində olduğu "VAZ 2114" avtomobili 2013-cü il mayın 29-na keçən gecə Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada iştirak etməsidir.

Belə ki, 90 FP 014 dövlət qeydiyyat nişanlı "VAZ 2114" və 10 XO 058 nömrəli "Hyundai"ın toqquşması nəticəsində ağır xəsarət alan Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektor İdarəsinin Nəzarət Əlaqələndirmə şöbəsinin rəisi, polis polkovniki Həsənov Elşən Ağahüseyn oğlu xəstəxanada dünyasını dəyişib.

Digər yaralılar, Bakı sakinləri, 24 yaşlı Əliyev Taleh Həsənağa oğlu və 26 yaşlı Xəlilov Fərid Rasim oğlunun vəziyyəti isə normallaşıb. Həmin qəza zamanı da nömrə Rzayev Babaşirin Zöhrab oğluna məxsus olub. Həmin görüntüləri sizlərə təqdim edirik: