Polis maşını atəşə tutuldu

26/10/2018 - 21:41 2 260 0   0  

İstanbulda polis maşını naməlum şəxslər tərəfindən atəşə tutulub.

Suveren.az xəbər verir ki, hadisə Əsənyurt adlanan ərazidə baş verib. Nəticədə avtomobildəki polislər yüngül yaralar alıblar.

Onlar xəstəxanada müayinədən sonra evə buraxılıblar.

Hazırda hüquq-mühafizə orqanları atəş açanların axtarışına başlayıb.