Polad Bülbüloğlu növbəti dəfə vəzifəsində qaldı

18/12/2018 - 22:20 1 876 0   0  

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yekdilliklə növbəti dəfə MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun idarə heyətinin sədri seçilib.

Suveren.az TASS-a istinadla xəbər verir ki, seçki fondun idarə heyətinin Moskvada keçirilən iclasında baş tutub.

Görüşdə Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun idarə heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Humanitar əməkdaşlıq şurasının sədri, Tacikistan prezidentinin köməkçisi Abducabor Rəhmonzadə və MDB-nin humanitar əməkdaşlıq orqanlarının digər üzvləri iştirak ediblər.

P.Bülbüloğlunu təbrik edən M.Şvıdkoy əlavə edib: "Stabillik inkişafa maneə deyil".