PKK-nın qərargahı və anbarları darmadağın edildi

30/03/2019 - 11:33 9 205 0   0  

İraqın şimalında PKK rəhbərlərinə aid hədəflərin vurulması və terror hazırlığında olan qruplara qarşı hava əməliyyatı uğurla başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu açıqlamanı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Açıqlamada qeyd olunub ki, Pəncə əməliyyatı çərçivəsində Qəndildə terror təşkilatının rəhbər heyətinin qərargahı və anbarları, habelə Avaşin-Basyanda terror törətmək hazırlığında olduğu müəyyən edilən PKK terrorçuları 2019-cu ilin 30 mart tarixində vurulub.