Piyadanı vuran avtomobil sürücüsü hadisə yerindən qaçdı

04/12/2018 - 22:31 673 0   0  

Xocəsəndə piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

DİN-dən verilən məlumata görə, dekabrın 3-də saat 21 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Namaz Namazov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta ağırdır.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.