Penitensiar Xidmət əməkdaşının intim videoları yayılıb – ƏDLİYYƏ MAYORU ÖZÜNÜ NİYƏ ÇƏKİB?

22/11/2022 - 09:48 4 315 3   0  

İki gün öncə “Teleqram”da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı olduğu iddia olunan şəxsin intim videoları yayıldı. Həmin videokadrlardan görünür ki, bu şəxs intim görüntülərini kamera vasitəsilə özü qeydə alır. Zaman-zaman müxtəlif vəzifəli şəxslərin intim videolarının sosial şəbəkələrdə yayılmasının davamlı hal alması, istər-istəməz bu barədə çoxsaylı suallar meydana çıxarır...

Öncə onu qeyd edək ki, redaksiyamiz son vaxtlar Penitensiar Xidmətdə baş verən qanunsuzluqlarla, eləcə də qurumun rəisi Ceyhun Həsənovun xaotik idarəçilik prinsipləri ilə bağlı məqalələrlə çıxış edir. Bu baxımdan, iki gün öncə intim videosu yayılan və Penitensiar Xidmətin yüksək rütbəli əməkdaşı olduğu iddia olunan şəxsin kimliyini araşdırmaya bilməzdik.

Araşdırmalarımız zamanı bəlli oldu ki, videosu yayılan adam hazırda Penitensiar Xidmətdə Tərbiyəvi məsələlər üzrə alay komandirinin müavini vəzifəsində işləyən, ədliyyə mayoru Tural Tağıyev adlı şəxsdir.

Penitensiar Xidmətdə baş verən qanunsuzluqların miqyası o qədər böyükdür ki, əməkdaşlarının özlərini cəmiyyətə “intim təqdimatlarla” nümayiş etdirməsi bizdə təəəccüb doğura biməzdi. Xüsusilə, onu da nəzərə alaq ki, məlum görüntülərdə T.Tağıyev özünün “qüdrətini” göstərmək üçün qarşısında olan xanımı təpikləməkdən, şillələməkdən də çəkinmir…

Yəni Penitensiar Xidmətin əməkdaşı təkcə rüşvət almağı bacarmır, həm də cinsi münasibətdə olduğu qadını məqsədli şəkildə videoya çəkir. Düzdür, hər kəs iddia edə bilər və biz də düşünürük ki, vəzifəsindən, dinindən, irqindən, yaşam tərzindən asılı olmayaraq, heç kəsin şəxsi həyatı müzakirə oluna bilməz.

Amma məsələ ondadır ki, T.Tağıyev adlı bu şəxs Penitensiar Xidmətdə təribiyəvi məsələlər üzrə müavindir, məhbusların islah-tərbiyə işlərini aparan əsas simalardandır. Halbuki, onun intim görüntüləri daha çox travmalı şəxsin portretini cızır və özünün mazaxist hərəkətləri ilə diqqəti cəlb edir.

Videokadrdakı qadının kimliyi ilə bağlı əldə etdiyimiz məlumatlar tükürpədən məqamları ortaya çıxardığına görə, bu barədə yazmaq istəmədik.

Xatırladaq ki, bir müddət əvvəl Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində Çingiz adlı nəzarətçinin, tanış olmaq məqsədilə, məhkumla görüşə gələn xanımdan telefon nömrəsi istəməsi böyük səs-küyə səbəb olmuşdu. Məhkumun ailə üzvü olan xanıma qarşı əxlaqsız hərəkətlər edən Penitensiar Xidmətin əməkdaşının işdən çıxarılmaqla cəzalandırıldığı deyilsə də, bu haqda dəqiq məlumat yoxdur.

Görünür, Penistensiar Xidmətin əməkdaşları hüquqi baxımdan deyil, həm də mənəvi baxımdan şikəst durumdadırlar. Əks halda, çiyinlərində mayor rütbəsi daşıyan vəzifəli şəxs niyə öz intim görüntülərini kadra alsın? Yaxud da məhkumun ailə üzvü ilə tanış olmaq istəyən nəzarətçi bu qədər qeyri-əxlaqi sərbəstliyi necə əldə edib?

Bütün bu problemləri fərdiləşdirmək də doğru olmazdı, bu, ümumən penitensiar sistemin hüquqi və mənəvi məsuliyyətdən kənar fəaliyyətinin nəticəsidir. Çünki Penitensiar Xidmət bir bataqlıqdır və bu bataqlıqda istənilən özbaşınalığın şahidi ola bilərsən.

Suveren.az

Redaksiyadan: Qarşı tərəfind deyəcək sözü olsa, məmuniyyətlə dərc etməyə hazırıq.