Paytaxtda Naxçıvanı Ermənistan ərazisi kimi göstərən qlobuslar satılır - Bakıda şok biabırçılıq

28/01/2019 - 14:19 2 413 0   1  

Bakıda satışda Naxçıvanı Ermənistan ərazisi kimi göstərən qlobuslar görünməyə başlayıb.

Avropa.info xəbər verir ki, bu qlobuslarda Naxçıvan ərazisi Azərbaycandan ayrı göstərilərək, Ermənistan ərazisinə daxil edilib.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünü təhrif edən bu qlobuslar Çində hazırlanaraq, Bakıya gətirilib. Qlobusları Azərbaycana “Papirus” adlı şirkət gətirib və ölkədəki bütün satış məntəqələrinə paylanılır.

Bu qlobuslar Müşfiqabad qəsəbəsində “Davud market”də görünüb.

Paytaxtda Naxçıvanı Ermənistan ərazisi kimi göstərən qlobuslar satılır
Paytaxtda Naxçıvanı Ermənistan ərazisi kimi göstərən qlobuslar satılır