Paşinyanın iflasının ƏSL FOTOSU: son 10 ayın DƏHŞƏTLİ RƏQƏMLƏRİ açıqlandı

07/12/2018 - 12:47 2 389 0   0  

Ermənistandan kapital axını kəskin artıb.

Bu haqda “Joxovurd” qəzeti rəsmi sənədlərə əsasən yazıb.

Rəsmi məlumatlara görə, yalnız 2018-ci ilin oktyabrında kapital axını 121 milyon 461 min dollar təşkil edib. Cari ilin 10 ayı ərzində Ermənistandan 951 milyon 38 min dollar çıxarılıb. Bu, ötən ilin eyni dövrü il müqayisədə 171 milyon 842 min dollar çoxdur. 2017-ci il yanvar-oktyabr dövründə ölkədən çıxarılan valyuta 779 milyon 196 min dollar təşkil edib.

Maraqlıdır ki, bu il xaricə kapital axınının həcmi fevralın ayından başlayaraq kəskin artıb. Fevralda ölkədən təxminən 99,8 milyon dollar çıxarılıb. Sonrakı 2 ayda bu temp saxlanılıb. Ölkədən çıxarılan pulun həcmi martda 93,7, apreldə isə 92,3 milyon dollar təşkil edib. Amma artıq bundan sonra kapital axınının templəri azalıb və yalnız yaxın vaxtlarda yenidən bərpa olunub.

“Fərz etmək olar ki, əvvəlki hakimiyyət öz sərvətini ölkədən tədricən çıxardır”, - nəşr qeyd edib.

Bu rəqəmlər isə böyük iqtisadi vədlərlə hakimiyyəti ələ keçirən Ermənistanda baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan hakimiyyətinin iflasının növbəti sübutu sayıla bilər. Paşinyan ölkə iqtisadiyyatına böyük investisiyalar cəlb edəcəyinə, əmək haqları və pensiyaları artıracağına söz versə də, ötən müddət ərzində bu vədi yerinə yetirmək mümkün olmayıb. Ermənistan mediası da Paşinyanın yalan danışdığını, öhdəliklərin heç birini yerinə yetirmədiyini yazır.

Əslində, işğalçı siyasəti nəticəsində blokada vəziyyətində olan Ermənistanda bu vədlərin yerinə yetirilməsinin mümkün olmayacağı lap əvvəldən bəlli idi. Bu baxımdan, Paşinyanın küçədə qazandığı reytinqin yalan vədlər arasında tezliklə əriyəcəyi heç kimdə şübhə doğurmur. İşğalçı ölkədəki mövcud situasiya, iqtisadi inkişaf və verilən vədlərinin yerinə yetirilməsi üçün heç bir perspektivin olmaması ən yaxın gələcəkdə bizi növbəti inqilabın şahidi edə bilər.