Paşinyan Lukaşenkodan izahat tələb etmişdi - Bağlı qapı arxasında çətin anlar

28/11/2018 - 17:46 670 0   0  

Gizlətməyəcəyəm, Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi məsələsi ilə bağlı danışıqlar aparılıb.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan baş nazirinin köməkçisi Ararat Mirzoyan deyib.
Mirzoyan müzakirələri Belarus prezidenti Aleksandr Lukaşenko ilə apardığını bildirib:
“Qapalı toplantı olduğu üçün detalları açıqlaya bilməyəcəyəm. Görüşdə Rusiya baş naziri və Belarus başçısı iştirak edib”.
O, baş nazir Nikol Paşinyanın Belarus prezidentinin Ermənistanın KTMT –dəki fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə etirazının da müzakirə edildiyini açıqlayıb: “Bu barədə məlumatı Paşinyanla bölüşmüşəm”.
Qeyd edək ki, Belarusun paytaxtı Minskdə Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətlərin hökumət başçılarının toplantısı keçirilib.
Əlavə edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın KTMT-yə rəhbərlik etmək gücündə olmadığını bildirmiş və bu açıqlama rəsmi İrəvanın etirazına səbəb olmuşdu.
Paşinyan bununla bağlı Lukaşenkodan izahat tələb edəcəyini demişdi.
Lakin Minskdəki toplantıya getməkdən boyun qaçıran Ermənistan baş naziri toplantıda köməkçisi ilə təmsil olundu.