Paşinyan "Davos"da iştirak edəcək

18/01/2019 - 20:34 3 235 0   0  

Ermənistanın baş naziri Nikol Paşinyan Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.

Bu barədə N.Paşinyan "Facebook" səhifəsində yazıb.

Ermənistanın baş naziri Davos şəhərinə yanvarın 20-də gedəcək.

“Report” xatırladır ki, bu il İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumu yanvarın 22-25-də keçiriləcək.

Forum 1971-ci ildə yaradılıb. Onun üzvləri sırasında dünyanın müxtəlif ölkələrindən, təxminən, 1000 iri şirkət və təşkilat yer alır.