Paşinyan Azərbaycan ordusunun irəliləməsindən DANIŞDI: “Məndən qabaq olub”

19/12/2018 - 17:14 1 009 0   0  

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Naxçıvanda Azərbaycan ordusunun 11 min hektar ərazini nəzarətə alması faktını dolayısı ilə olsa da etiraf edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Naxçıvan istiqamətində Azərbaycan ordusunun irəliləyişinin 95%-i fevral-may aylarında, mən baş nazir seçilməzdən qabaq olub. Mövqelərin irəliyə çəkilməsi 2 istiqamətdə həyata keçirilib. Sizə rəsmən deyirəm ki, mayın 8-dən nəzarət etdiyimiz ərazilərə hazırda da nəzarət edirik”-deyə Paşinyan deyib.