Paşinyan ATƏT-dən izahat tələb edir - Yeni erməni hiyləsi

13/03/2019 - 23:46 7 078 0   0  

Ermənistan baş naziri Nikol Paşinyan ötən gün Xankəndidə Təhlükəsizlik Şurasının iclasını keçirib. Ümumiyyətlə iclasın Qarabağda keçirilməsi başlı başına siyasi bir gediş idi. Lakin Paşinyanın toplantıda söylədiyi ziddiyətli fikirlər, təlaşlı açıqlamalar və siyasi ritorikasında müşahidə etdiyimiz yeniliklər bizdə çox böyük maraq doğurdu.

 

Əsas məsələ qalmışdı bir kənarda, Paşinyan Qarabağ ermənilərini təmsil etmək hüququndan danışırdı. Ziddiyəti yaradan da məhz bu idi. O, nitqinin bir hissəsində deyir: “Qarabağ xalqı Ermənistandakı seçkilərdə iştirak etməyib. Bizi onlar seçməyib, elə isə biz necə onları danışıqlar masasında necə təmsil edə bilərik? Ona görə də biz dəfələrlə qeyd etmişik ki, Qarabağ Respublikası danışıqlarda müstəqil tərəf kimi iştirak etməlidir. Azərbaycan isə buna razı olmur”.

paşinyan xankəndi ile ilgili görsel sonucu

 

Bu fikir nə qədər qəbuledilməz olsa da, aydındır və açıq niyyəti ifadə edir. Erməni baş nazir nitqinin başqa bir hissəsində isə qeyd edir: “Kim deyirsə Qarabağ xalqının yükünü daşıya bilmərəm, onların adından danışa bilmərəm, o, səfeh adamdır. Mən onları hər yerdə təmsil edə bilərəm”.

 

Təbii ki, liderlər xüsusən uzun çıxışlarda bəzi ziddiyətli fikirlər səsləndirə bilərlər. Ancaq ermənilər ən önəmli strateji məsələdə bu qədər ziddiyətli bəyanatlar vermək Paşinyanın artıq dalana dirəndiyinin sübutudur. Doğrudan da Paşinyan nə edəcəyini bilmir. Bir tərəfdən erməni ictimaiyyətindəki inqilabı eyforiya onu danışıqlarda cəsarətləndirir, digər tərəfdən Azərbaycanın qətiyyətli və getdikcə sərtləşən mövqeyi onu çəkindirir və qorxudur. Üstəgəl demokratikləşən Ermənistana ATƏT və AŞPA-dan da heç bir dəstək gəlmir, hətta ATƏT danışıqlarda üçüncü bir tərəfin, yəni, Qondarma Dağlıq Qarabağ Respublikasının iştirakına qəti şəkildə etiraz edir. Paşinyan bəlkə də bu günlərdə necə ağır bir yükü altına girdiyini başa düşür. İki od arasında qalan Paşinyanı qorxudan digər məsələ isə Terpetrosyan və Dəmirçiyanın telyini yaşamasıdır.

pashinyan osce ile ilgili görsel sonucu

 

Gələk Paşinyanın çıxışındakı yeniliklərə:

  1. İlk dəfə Paşinyan bu qədər aydın və konkret bir tərzdə Qarabağ probleminin həlli üçün hazırlanan Madrid prinsiplərini qəbul etdiyini bildirdi. O, 3 prinsip və 6 elementlə razılaşdığını bəyan etdi. Paşinyanın “razıyam” dediyi Madrid prinsiplərinə əsasən Dağlıq Qarabağdan savayı bütün ətraf rayonlardan erməni qoşunları çıxmalıdır. Sonra sərhədlər açılmalı və referendum keçirilməlidir. Burdan belə başa düşülür ki, Paşinyan işğal edilmiş ətraf rayonların Azərbaycana qaytarılmasına razıdır. Bəs nə üçün o, bir müddət əvvəl sülhü torpağa dəyişməyəcəyik deyirdi? Görünür, bu da Paşinyanın daxili auditoriyaya oynadığı oyunlardan biridir.

  2. Başqa bir yeni söz də eşitdik Paşinyandan. Qeyd etdi ki, “Mən Madrid prinsipləriylə razıyam, ancaq beynəlxalq qurumlar bu prinsipləri mənə konkret şəkildə izah etməlidirlər”. Bu fikir biraz gülünc səslənsə belə altında çox böyük məna yatır. Beləki, Madrid prinsipləri danışıqlar masasına gətirildikdən bu yana tərəflər, həmçinin Rusiya bu prinsipləri öz maraqlarına uyğun izah edirdilər. Həmçinin prisniplərrin paket şəklində və yaxud mərhələli yolla tətbiq ediləcəyi də bilinmir. Ancaq Paşinyan ATƏT və digər beynəlxalq qurumlardan izahat tələb etməklə vaxt udmaq istəyir. İqtidardakı yeri hələ bir o qədər də möhkəm olmayan Paşinyan danışıqlar prosesini ləngitmək və bu ləngimə zamanı Azərbaycanla hərbi qarşıdurmadan yayınmağa cəhdlər edir. Beləlikə, izahat istəməklə Paşinyan yeni hiyləgər taktikanı balşatmış oldu.

  3. Paşinyanın çıxışındakı maraqlı faktlardan biri isə Azərbaycana qarşı heç bir hədənin səsləndirilməməsi oldu. Beləki, son günlər xüsusən erməni siyasətçilərin səsləndirdiyi bəyanatlar, Paşinyanın mövqeyi tərəflər arasındakı durumu olduqca gərginləşdirdi. Azərbaycan da dövlət başçılarının görüşündən əvvəl genişmiqyaslı hərbi təlimlərə start verdi. Bu təlimlər hətta erməni mətbuatında belə Ermənistana qarşı təzyiq olaraq izah edildi. Maraqlıdır ki, Paşinyan nə təlimlər, nə də Azərbaycanla bağlı heç nə demədi. Nə bir təhdid, nə bir cavab.

  4. Paşinyanın ən maraqlı bəyanatı Azərbaycan xalqıyla bağlı oldu. Beləki erməni baş nazir qeyd etdi ki, “Ermənistan Azərbaycan xalqını sülhə hazırlamalıdır”. Bu cümləni analiz etmək çox çətindir. Çünki böyük ehtimalla Paşinyanın özü də burada nə dediyindən baş çıxarmazdı. Ancaq bir faktı yada salmaq lazımdır ki, Füzulinin bir neçə kəndi işğaldan azad edilsə də hələ də orada bizim vətəndaşlarımız məskunlaşa bilmir. Çünki ermənilər o kəndlərin yuxarı mövqeylərində postlar qurub buranı müntəzəm olaraq atəş altında saxlayır. Belə bir durumda Ermənistan Azərbaycan xalqını necə sülhə hazırlaya bilər?

 

Beləliklə, Paşinyanın Xankəndində keçirdiyi təhlükəsizlik şurası toplantısının əsas məqsədi elə toplantıda bəlli oldu. İclasın Xankəndidə keçirilməsi ona görə idi ki, Paşinyan İlham Əliyevlə görüşdən əvvəl Qarabağ icmasının qarşısında xal qazansın. Çünki danışıqlarda qondarma respublikanın iştirakını müdafiə edən Paşinyan İlham Əliyevlə təkbətək görüşə heç bir önşərt olmadan razılıq verib. Bəs harda qaldı qondarma rejimin iştirakı?

paşinyan ilham əliyev ile ilgili görsel sonucu

 

Bütün bunlar ondan xəbər verir ki, Paşinyanın açıqlamaları və sözləri əslində münaqişə üçün heç bir şey həll etmir və dəyişmir. Çünki bu fikirlər real düşüncələr deyil, erməni ictimaiyyəti üçün hazırlanan oyundur. Paşinyan bu sözləri deməsə heç bir vədi reallaşdıra bilməməsinə rəğmən, necə iqtidarda qala bilər axı? Düzü, növbəti illərdə onun iqtidarı da sual altında qala bilər. Çünki Paşinyan iki od arasında odla oynayır. Azərbaycanın səbri tükənməkdədir və bu yalnız Paşinyan yox, erməni xalqı üçün ciddi təhlükə yarada bilər.

 

Nicat İsmayılov