Parlamentdə İlham Rəhimovla bağlı sərt çıxış - "Biz hər kəsi yaxşı tanıyırıq, o cümlədən onu da"

18/12/2018 - 13:46 625 0   0  

Deputat Siyavuş Novruzov Rusiyada yaşayan iş adamı İlham Rəhimovun ünvanına sərt fikirlər səsləndirib. 

“Qafqazinfo” xəbər verir ki, o, parlamentin plenar iclasında çıxışında qeyd edib ki, həmin şəxs iki gündən bir “Yeni Müsavat” qəzetinə çıxaraq iki səhifəlik müsahibə verir və deputatları ittiham edir: 
“O Azərbaycan-Rusiya münasibətlərindən danışır, deputatları ittiham edir. Deyir ki, Rusiya ilə əlaqələrin qurulması üçün çoxlu şeylər etmişəm. Biz parlament üzvləri olaraq hər kəsin fəaliyyətindən yaxından tanışıq. İki dəfə deputat seçilmək üçün namizədliyini verdi. Heç 3 faiz də səs toplamadı. Bu adam Rusiyada yaşayır. İndiyə kimi Rusiya mətbuatında onun Azərbaycanın problemləri ilə bağlı hansısa yazısını görmüsünüzmü? Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub ki? Deyir ki, Milli Məclisdəkilər məni tanımırlar. Biz hər kəsi yaxşı tanıyırıq, o cümlədən onu da”.