Paris merindən XƏBƏRDARLIQ - Ehtiyatlı olun!

08/12/2018 - 09:19 2 410 0   0  

Hamı təmkinli, ehtiyatlı olmalı və qarşılıqlı hörmət nümayiş etdirməlidir.

Suveren.az xəbər verir ki, bunu Paris şəhərinin meri En Hidalqo “Sarı jiletlilər”in dekabrın 8-nə nəzərdə tutulan etiraz aksiyası ilə bağlı çıxışında deyib.
“Paris bütün fransızlarındır, Parisin qayğısına qalın”, - deyə mer bildirib.
Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı etiraz edən “Sarı jiletlilər” hərəkatı müxtəlif şəhərlərdə növbəti kütləvi aksiyalarını dekabrın 8-nə təyin edib. Parisdə həmin gün asayişin qorunmasına 8 min polis və zirehli maşınlar səfərbər olunacaq. Paytaxt rəhbərliyi sakinlərə şənbə günü zərurət yaranmadan şəhərin mərkəzində küçəyə çıxmamağı, iş yerlərinin sahiblərinə isə vitrinlərə qoruyucu bəndlər quraşdırmağı tövsiyə edib.