"Palma yağı super yağdır"- "Azərsun"un sədri

18/03/2019 - 17:30 1 900 0   0  

Bunu,  "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl media nümayəndələri ilə görüşü zamanı "Marja"nın sualına cavabında bildirib.

"Palma yağından Avropada, Amerikada, dünyanın hər yerində geniş istifadə olunur. Hər yağın öz istifadə yeri var. Palma yağı şirniyyat sənayesi üçün məqsədəuyğundur. Bir çox uşaq qidalarında palma yağından geniş istifadə edilir. Mən özüm Asiyada palma sahələri və palma yağının istehaslı ilə tanış olmuşam. Palma yağı super yağdır. Sadəcə müxtəlif vaxtlarda bu yağı gözdən salmağa çalışıblar. Əvvəllər soya yağı istehsalçıları bunu edirdilər. İndi dünyada soya yağı palma yağına qarşı mövqeyini itirib" , - məşhur iş adamı deyib.

Qeyd edək ki, "Azərsun Holdinq" bir sıra məhsullarının istehsalında palma yağından istifadə edir.