Pakistanda Çin konsulluğuna hücumda şübhəli bilinən iki nəfər saxlanıldı

24/11/2018 - 19:06 1 834 0   0  

Pakistanın hüquq-mühafizə orqanları Cinin Kəraçi şəhərindəki Baş konsulluğuna hücumda şübhəli bilinən iki nəfəri həbs edib.

TASS xəbər verir ki, onlardan ən azı birinin hücumdan öncə terrorçu ilə əlaqə yaratdığı güman edilir.

Xatırladaq ki, noyabrın 23-də naməlum silahlı şəxslər Çinin Kəraçi şəhərindəki konsulluğuna hücum edib. Hücum nəticəsində diplomatik missiyanı mühafizə edən 2 polis əməkdaşı və 2 mülki şəxs həlak olub, 1 nəfər isə yaralanıb. Kəraçi polisi hücum edən 3 silahlını öldürüb. İnsident zamanı konsulluqda fəaliyyət göstərən diplomatlar xəsarət almayıb. Binanın daxilində və perimetri boyu təhlükəsizlik tədbirləri gücləndirilib, polis diplomatik missiyaya aparan bütün yolları bağlayıb.

Hücumun məsuliyyətini Hind okeanı sahillərində yerləşən və hazırda Əfqanıstan, İran və Pakistan arasında bölünən Belucistan adlı tarixi vilayətin ərazisində müstəqil dövlət qurmaq uğrunda mübarizə aparan “Belucistan azadlıq ordusu” öz üzərinə götürüb.