Pakistan Hindistanla danışıqlarda Rusiyanın vasitəçiliyinə razılıq verdi.

04/03/2019 - 21:03 4 801 0   0  

İslamabad Moskvanın vasitəçiliyi ilə Nyu-Dehli ilə danışıqlara hazırdır. FaktXeber.com-un Dawn-a istinadla verdiyi məlumata görə, bu barədə Pakistan XİN rəhbəri Şah Mahmud Qureyşi bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya XİN-i bəyan etmişdi ki, hər iki tərəf istəyəcəyi təqdirdə Moskva Hindistan və Pakistana danışıqlar üçün meydan verə bilər.

Xatırladaq ki, fevralın 27-də Pakistan ordusu Hindistana məxsus 2 hərbi təyyarəni vurduğunu bəyan edib. Nyu-Dehlinin versiyasına görə, Hindistan bir vahid MiQ-21-i itirib, bunun yanında o, Pakistan qırıcısını vurub.

Pakistan müvəqqəti olaraq özünün hava məkanını bağlayıb. Bu da bir sıra beynəlxalq reyslərin gecikməsinə və təxirə salınmasına səbəb olub.

Qeyd edək ki, Hindistan və Pakistan Nüvə klubunun üzvüdürlər. Beynəlxalq İctimaiyyət regionda qeyri-sabitliklə bağlı narahatlığını bildib və tərəfləri dözümlülüyə çağırıb.

Nyu-Dehli və İslamabadd arasında ənənəvi olaraq gərgin münasibətlər var. Ölkələr arasında siyasi, tarixi və terrotorial fikir ayrılığı mövcuddur, xüsusən də Kaşmir barədə. Bu mübahisəli ərazidə müstəqillik, yaxud Pakistana birləşmək istəyən separatistlər fəaliyyət göstərir. Nyu–Dehli Pakistan hökumətini silahlı separatistləri dəstəkləməkdə ittiham edir, İslamabad isə ittihamları rədd edir.

Böhran fevralın 14-də Hindistanın hərbi polis kalonunun yaxınlığında intiharçının özünü partlatması ilə daha da dərinləşdi. Həmin vaxt 45 nəfər həlak olmuşdu. Terrorda məsuliyyəti «Ceyş-e Muhəmməd» qruplaşması öz üzərinə götürüb.

Fevralın 26-da Hindistan HHQ təyyarələri Kaşmirin Pakistan hissəsində «Ceyş-e Muhəmməd» düşərgəsinə aviazərbələr endirdilər. Hava rekydi zamanı bir sıra yaraqlılar zərərsizləşdirilmiş, onlara məxsus nəqliyyat, silah və döyüş sursatları tamamilə məhv edilmişdi.

Hindistan XİN nümayəndəsi qruplaşmanın yeni-yeni hücumlar planlaşdırdığını deyərək, bunun tamamilə vacib olduğunu bildirmişdi.