Ovçunu maral sanıb vurdu - BƏDBƏXT HADİSƏ

17/11/2018 - 19:34 3 010 0   0  

ABŞ-ın Miçiqan ştatında ovçu ov zamanı səhvən həmkarını güllələyib.

Suveren.az xarici mətbuata istinadən xəbər verir ki, insident günorta vaxtı baş verib. Adı məlum olmayan 45 yaşlı Qeylord sakini təsadüfən 38 yaşlı Sanford sakini Castin Boyteli tüfənglə öldürüb. Hadisə yerinə, polis əməkdaşları gəlib.

İlkin araşdırma zamanı məlum olub ki, Boytel həmin ərazidə maral ovuna çıxıbmış. Onlar bir-birini tanımırmış. Sadəcə adı məlum olmayan ovçu həmkarını maral sanıb və güllə atıb.