Ötən il Ermənistanın 63 hərbçisi ölüb – 11-i intihar edib

15/01/2019 - 14:43 2 659 0   0  

Ötən il Ermənistanda 11 hərbçi intihar edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Baş Prokurorluğunun mətbuat xidməti yayıb.

Rəsmi məlumata görə, 2018-ci ildə Ermənstan ordusunun 63 hərbçisi müxtəlif şəraitlərdə ölüb. Onların 27-si əsgər, 23 müqavilə əsasında xidmət edən hərbçi, 2-si gizir, 11-i isə zabitdir.

Ölüm hallarının 38-i xidmət zamanı, 25-i isə xidmətdənkənar baş verib.