Bu gün – 8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə metripolitendə bir sıra tədbirlər keçirilib.
Bəs, uzun illər Bakı Metropoliteninə rəhbərlik etmiş Tağı Əhmədov bu tədbirlərə dəvət olunubmu? Unikal.org saytının əməkdaşı bu sualla Tağı Əhmədova müraciət edib.
Bakı Metropoliteninin sabiq rəisi uzun illər çalışdığı sahə ilə bağlı özəl günü qeyd etmədiyini dilə gətirib.
“Bu gün mənlik deyil, mən bu barədə danışmaq istəmirəm. Ömrümü bu sahəyə sərf etmişəm. İndi görürəm ki, boş şeydir. Artıq qutardı, getdi”, – deyə T.Əhmədov incikliyini biruzə verib.
“ÖMRÜMÜ SƏRF ETDİM, GÖRÜRƏM Kİ, BOŞ ŞEYDİR…” – Tağı Əhmədovu küsdürüblər